2017-ci il avqustun 09-da müşahidə olunmuş faktiki hava
10 Avqust 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da 2015-ci il 02 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.