Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
31 İyul 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 10-50, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 96 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 13 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda 3, Bankədə 15 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 sm (2016-cı il iyulun 31-də 372 sm), Şirvanda 203 sm, Salyanda 136 sm (2016-cı il iyulun 31-də 145 sm), Bankədə 196 sm (2016-cı il iyulun 31-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il iyulun 31-də 83 sm) təşkil edir.