Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
09 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-31 dekabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 231 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 47 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 40 iş üzrə 51580 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 31 iş üzrə 31199.72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 73 iş üzrə 15765.3 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 19, icra qurumlarına 45, məhkəmələrə isə 20 iş göndərilib.