Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 İyul 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 73 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 33 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 91 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 2, Bankədə 31 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2016-cı il iyulun 24-də 342 sm), Şirvanda 163 sm, Salyanda 74 sm (2016-cı il iyulun 24-də 130 sm), Bankədə 203 sm (2016-cı il iyulun 24-də 194 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2016-cı il iyulun 24-də 58 sm) təşkil edir.