Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
07 İyul 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s olmaqla, ongünlük normanın 31 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 177 m3/s təşkil edərək ongünlük normanın 121 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 14, Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2016-cı il iyulun 07-də 323 sm), Şirvanda 191 sm, Salyanda 125 sm (2016-cı il iyulun 07-də 82 sm), Bankədə 193 sm (2016-cı il iyulun 07-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 07-də 40 sm) təşkil edir.