Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 İyul 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 230 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 17, Bankədə  5, Araz çayının Novruzlu məntəqəsində 10  sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2016-cı il iyulun 03-də 328 sm), Şirvanda 223 sm, Salyanda 163 sm (2016-cı il iyulun 03-də 98 sm), Bankədə 177 sm (2016-cı il iyulun 03-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2016-cı il iyulun 03-də 47 sm) təşkil edir.