Xəbərlər

Şikayət yerində araşdırılıb

23 İyun 2017, 00:00

  Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olanHabil Rzayev Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.

  Araşdırmada iştitrak etməsi üçün şikayətçi H.Rzayevlə telefon əlaqəsi saxlanılsa da, lakin o Bakı şəhərində yaşadığı üçün gələ bilməyəcəyini bildirib, eyni zamandaHirkan Milli Parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayının ərazisində yoxlama keçirilməsini xahiş edib.

  Sözügedən əraziyə keçirilən baxış zamanı 3,89 m3 həcmində 31,62 manat kök üstə nırx dəyərində 3 ədəd ağacın kəsilməsi faktı aşkar olunub və təbiətə dəymiş ziyanın ödənilməsi təmin edilib.Sözügedən dolayın mühafizəsinə cavabdeh mühafizə yegeri A.Eyvazov tutduğu vəzifədən azad olunub.