Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilməsi davam edir
30 İyun 2017, 00:00
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri müntəzəm olaraq davam etdirilir.
Təkcə 2016-cı ildə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılmış və onların sayı 68-ə çatmışdır.
Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılmış, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılmışdır.
2017-ci ilin yanvarından hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunmuş, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılmışdır.