Şikayət araşdırılıb
29 İyun 2017, 00:00
Bakı şəhəri, Yeni Ramana qəsəbə sakini Ə.Cabbarovun yaşadığı ünvanın yaxınlığındakı ərazinin zibilliklərdən təmizlənməsi ilə əlaqədar müraciəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayətçinin və Ramana qəsəbəsi bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı 150 m2 sahədə məişət tullantılarının qalaqlandığı, kommunikasiya xətlərinin və neft buruqlarının mövcud olduğu müəyyən edilib.
Tullantıları atan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması məqsədi ilə Nazirlik tərəfindən Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub.
Nazirliyin əməkdaşları tərəfindən Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Ramana Bələdiyyəsinə verilmiş məcburi göstərişin icrası olaraq ərazi məişət tullantılarından təmizlənib və tullantıların atılmasını qadağan edən xəbərdaredici lövhə yerləşdirilib.