Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iyul ayının 06-da Balakən şəhərində vətəndaşların qəbulunu keçirəcək
23 İyun 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 06 iyul 2017-ci il tarixində saat 10:00-da Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 40) Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Zaqatala şəhəri, Nizami 40, əlaqə telefonları: 050-376-28-89, 050-781-12-81, 022-3-08-63) xahiş olunur.