İyunun 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava
17 İyun 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib.