Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 İyun 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 31 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 420 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 232 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 22, Salyanda 25, Bankədə 15, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 sm (2016-cı il iyunun 16-da 405 sm), Şirvanda 269 sm, Salyanda 162 sm (2016-cı il iyunun 16-da 190 sm), Bankədə 196 sm (2016-cı il iyunun 16-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2016-cı il iyunun 16-da 115 sm) təşkil edir.