Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 İyun 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 275 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 274 m3/s olmaqla ongünlük normanın 46  faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 57 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2016-cı il iyunun 05-də 347 sm), Şirvanda 259 sm, Salyanda 169 sm (2016-cı il iyunun 05-də 126 sm), Bankədə 189 sm (2016-cı il iyunun 05-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 sm (2016-cı il iyunun 05-də 80 sm) təşkil edir.