Yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb
01 Yanvar 2014, 00:00
2013-cü il dekabrın 31-də Qax rayonunun Qaxbaş kəndi ərazisindəki Ulubaş yüksəkliyində dovlət fonduna aid yay otlaq sahəsində, İlisu Dovlət Təbiət Qoruğunun 8 saylı dolayının yaxınlığında yangın hadisəsi baş verib. Yanğın nəticəsində dövlət fonduna aid ərazidəki 4 hektara yaxın quru ot örtüyü yanıb.
ETSN-nin İlisu Dövlət Təbiət Qoruğunun, FHN-nin rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının və yerli icra hakimiyyəti nümayəndələrinin səyləri nəticəsində alovun qoruq ərazisinə keçməsinin qarşısı alınıb, İlisu Dövlət Təbiət Qoruğunun meşə sahəsinə heç bir ziyan dəyməyib. Yanğın təxminən saat 22 radələrində tam söndürülüb.