Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 472 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 468 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 189 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 177 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 2, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2016-cı il mayın 26-da 350 sm), Şirvanda 257 sm, Salyanda 182 sm (2016-cı il mayın 26-da 180 sm), Bankədə 186 sm (2016-cı il mayın 26-da 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 sm (2016-cı il mayın 26-da 63 sm) təşkil edir.