Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-200, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 105 m3/s, ongünlük normanın 72 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 162 m3/s və ongünlük normanın 111 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2012-ci ildə də bu göstərici bir qədər çox olmaqla 65 m3/s təşkil etmiş və ongünlük normanın 89 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 7, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda 5 sm artım qeydə alınmış, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 462 sm (2012-ci il dekabrın 30-da 447 sm), Şirvanda 349 sm (2012-ci il dekabrın 30-da 329 sm ), Salyanda 320 sm (2012-ci il dekabrın 30-da 303 sm ), Bankədə 255 sm (2012-ci il dekabrın 30-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 213 sm (2012-ci il dekabrın 30-da 200 sm) təşkil edir.