Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov may ayının 25-də Cəlilabad şəhərində vətəndaşların qəbulunu keçirəcək
19 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 25 may 2017-ci il tarixində saat 10:00-da Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 248) Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Cəlilabad şəhəri, Cavadxan küçəsi 15, əlaqə telefonları: 050-572-82-82, 050-407-45-54, 025-24-5-27-93) xahiş olunur.