Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 May 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 100-160, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 445 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 350 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 161 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 139 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 22, Salyanda 5, Bankədə 4 sm artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 23 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il mayın 19-da 355 sm), Şirvanda 263 sm, Salyanda 202 sm (2016-cı il mayın 19-da 208 sm), Bankədə 195 sm (2016-cı il mayın 19-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2016-cı il mayın 19-da 60 sm) təşkil edir.