Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 539 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 297 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 214 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 160 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 18 sm artım, Şirvanda 6, Salyanda 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 sm (2016-cı il mayın 15-də 388 sm), Şirvanda 217 sm, Salyanda 143 sm (2016-cı il mayın 15-də 243 sm), Bankədə 175 sm (2016-cı il mayın 15-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il mayın 15-də 93 sm) təşkil edir.