Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 50-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 432 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 407 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 191 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Salyan və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2016-cı il mayın 08-də 433 sm), Şirvanda 205 sm, Salyanda 135 sm (2016-cı il mayın 08-də 247 sm), Bankədə 167 sm (2016-cı il mayın 08-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2016-cı il mayın 08-də 150 sm) təşkil edir.