Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 May 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə  10-50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 27 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 512 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 410 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 133 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 224 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə alınıb, Şirvan, Salyan və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il mayın 05-də 438 sm), Şirvanda 215 sm, Salyanda 138 sm (2016-cı il mayın 05-də 232 sm), Bankədə 169 sm (2016-cı il mayın 05-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il mayın 05-də 158 sm) təşkil edir.