Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Qusar şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
04 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla 05 may 2017-ci il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 16 may tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.