Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparılıb

29 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin dekabr ayı ərzində Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyyatlarının,
atmosfer havasının, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 97 akt, 14 protolkol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 16 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 16 iş üzrə 184000 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 8 iş üzrə 364 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 86 iş üzrə 10760 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və məhkəmələrə ayrılıqda hərəsinə 5, icra qurumlarına 16 iş göndərilib.