Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Aprel 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 310 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 335 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 109 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2016-cı il aprelin 28-də 381 sm), Şirvanda 231 sm (2016-cı il aprelin 28-də 263 sm), Salyanda 160 sm (2016-cı il aprelin 28-də 209 sm), Bankədə 173 sm (2016-cı il aprelin 28-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2016-cı il aprelin 28-də 90 sm) təşkil edir.