Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
17 Aprel 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 395 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 391 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 130 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Bankədə 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il aprelin 17-də 454 sm), Şirvanda 279 sm (2016-cı il aprelin 17-də 303 sm), Salyanda 222 sm (2016-cı il aprelin 17-də 225 sm), Bankədə 192 sm (2016-cı il aprelin 17-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2016-cı il aprelin 17-də 160 sm) təşkil edir.