Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Aprel 2017, 00:00

Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görəhazırdaBöyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130,Lənkəran-Astara bölgəsi çaylarındaisə30-60faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

 Aprelin 07-dəKür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində4 sm azalma müşahidə olunub.Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın43faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250m3/s olmaqla ongünlük normanın53faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsindədəyişiklik müşahidə müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73m3/s olmaqla, ongünlük normanın53faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 109m3/s təşkil edərək ongünlük normanın79 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 07-dəKür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalmamüşahidə olunub.Belə ki, Kür çayınınSurra məntəqəsində21, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 2, Salyanda20sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 sm (2016-cı il aprelin 07-də 460 sm), Şirvanda 297 sm (2016-cı il aprelin 07-də 357 sm), Salyanda 234 sm (2016-cı il aprelin 07-də 290 sm), Bankədə 193 sm (2016-cı il aprelin 07-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2016-cı il aprelin 07-də 171 sm) təşkil edir.