Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov mart ayının 30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində vətəndaşlarla görüşəcək
27 Mart 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 30 mart 2017-ci il tarixində saat 10:00-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam şəhəri, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət etmələri (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) xahiş olunur.