Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 Mart 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə  150-350  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 267 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 102 m3/s təşkil edərək ongünlük normanın 123 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Bankə məntəqəsində 11, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 413 sm (2016-cı il martın 03-də 444 sm), Şirvanda 319 sm (2016-cı il martın 03-də 309 sm), Salyanda 270 sm (2016-cı il martın 03-də 270 sm), Bankədə 207 sm (2016-cı il martın 03-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2016-cı il martın 03-də 175 sm) təşkil edir.