Xəbərlər

Yanğın hadisəsi baş verib

28 Fevral 2017, 00:00

28 fevral  2017-ci il tarixində saat 13 radələrində Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib. Havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində yanğın qısa müddət ərzində  söndürülüb. Yanğın 0,3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.