Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

27 Fevral 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  120-240  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 193 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 81 m3/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda  və Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Bankədə 8 sm artım qeydə alınıb, Salyanda  isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 449 sm (2016-cı il fevralın 27-də 449 sm), Şirvanda 347 sm (2016-cı il fevralın 27-də 333 sm), Salyanda 315 sm (2016-cı il fevralın 27-də 279 sm), Bankədə 243 sm (2016-cı il fevralın 27-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 175 sm (2016-cı il fevralın 27-də 174 sm) təşkil edir.