Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviçi qəbul edib

22 Fevral 2017, 00:00

22 fevral 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç arasında görüş keçirilib.

Görüş zamanı bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü Nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

Xatırladaq  ki, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” 11 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Xorvatiyaya  rəsmi səfəri zamanı imzalanıb.