Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Fevral 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 170-180, Lənkəran-Astara bölgəsi çaylarında isə  50-100  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10, Salyanda isə 7 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475 sm (2016-cı il fevralın 17-də 419 sm), Şirvanda 353 sm (2016-cı il fevralın 17-də 305 sm), Salyanda 336 sm (2016-cı il fevralın 17-də 250 sm), Bankədə 259 sm (2016-cı il fevralın 17-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2016-cı il fevralın 17-də 151 sm) təşkil edir.