Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov fevral ayının 23-də Kürdəmir şəhərində vətəndaşlarla görüşəcək
14 Fevral 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 23 fevral 2017-ci il tarixində saat 10:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri Bakı prospekti 18) Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) müraciət etmələri (əlaqə telefonları: 012-585-06-56, 051-458-73-73, 050-731-47-37) xahiş olunur.