Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

06 Fevral 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  40-100  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Bankədə 2, Salyanda 6,  Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 sm (2016-cı il fevralın 06-da 446 sm), Şirvanda 347 sm (2016-cı il fevralın 06-da 369 sm), Salyanda 311 sm (2016-cı il fevralın 06-da 320 sm), Bankədə 238 sm (2016-cı il fevralın 06-da 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 191 sm (2016-cı il fevralın 06-da 195 sm) təşkil edir.