Xəbərlər

Şikayətlə bağlı araşdırma aparılıb

21 Yanvar 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonun Sucval kənd sakini Məmmədov Vüqar Balabəy oğlu tərəfindən qanunsuz olaraq işdən çıxarılması və meşələrin qırılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları daxil olmuş şikayəti şikayətçinin iştirakı ilə yerində araşdırıb.

Araşdırma zamanı göstərilənlər öz təsdiqini tapmayıb. Şikayətçi Vüqar Məmmədov isə yazılı izahat verərək işdən çıxarıldığına görə əsəbləşərək şikayət etdiyini bildirıb.

Qeyd edək ki, şikayətçi Vüqar Məmmədov Qusar meşəbəyliyinin 23 saylı meşə dolayının gözətçisi işləmiş və işlədiyi dövrdə qonşu 18 saylı meşə dolayında özbaşına (qanunsuz) ağac kəsdiyinə görə 16 dekabr 2016-cı il tarixdə işdən azad edilib.