Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Dekabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-180, Kiçik Qafqazın çaylarında 110-170, Lənkəran-Astara bölgəsi çaylarında 60-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 75 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2012-ci ildə iki dəfə çox olmaqla 155 m3/s və ongünlük normanın 106 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2012-ci ildə də bu göstərici bir qədər çox olmaqla 70 m3/s təşkil etmiş və ongünlük normanın 96 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 20,
Salyanda və Bankədə 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 sm (2012-ci il dekabrın 27-də 440 sm), Şirvanda 342 sm (2012-ci il dekabrın 27-də 315 sm ), Salyanda 308 sm (2012-ci il dekabrın 27-də 293 sm ), Bankədə 245 sm (2012-ci il dekabrın 27-də 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2012-ci il dekabrın 27-də 171 sm) təşkil edir.