Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Yanvar 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-190, Kiçik Qafqazın çaylarında 180-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  30-80  faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 138 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 118 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 4,  Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma, lakin Şirvanda və Bankədə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 431 sm (2016-cı il yanvarın 23-də 440 sm), Şirvanda 321 sm (2016-cı il yanvarın 23-də 317 sm), Salyanda 283 sm (2016-cı il yanvarın 23-də 279 sm), Bankədə 229 sm (2016-cı il yanvarın 23-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2016-cı il yanvarın 23-də 175 sm) təşkil edir.