Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvar ayının 27-də Şirvan şəhərində vətəndaşlarla görüşəcək

23 Yanvar 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 27 yanvar 2017-ci il tarixində saat 09:30-da Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında (ünvan: Şirvan şəhəri Xəqani küçəsi 1) Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 3 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) müraciət etmələri (əlaqə telefonları: 012-585-45-47, 055-459-60-00) xahiş olunur.