Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Yanvar 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 172 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 46 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 85 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 8, Şirvanda 18,  Bankədə 3 və Araz çayının Novruzlu məntəqəsində 12  sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 (2016-cı il yanvarın 16-da 443 sm), Şirvanda 333 (2016-cı il yanvarın 16-da 329 sm), Salyanda 289 (2016-cı il yanvarın 16-da 297 sm), Bankədə 230 (2016-cı il yanvarın 16-da 224 sm), Araz çayının Novruzlu məntəqəsində isə 161 sm (2016-cı il yanvarın 16-da 175 sm) təşkil edir.