Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 Yanvar 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 54 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 2, Bankədə 4 və Araz çayının Novruzlu məntəqəsində 9 sm azalma, lakin Şirvan məntəqəsində isə 4 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 457 (2016-cı il yanvarın 13-də 449 sm), Şirvanda 359 (2016-cı il yanvarın 13-də 349 sm), Salyanda 317 (2016-cı il yanvarın 13-də 308 sm), Bankədə 239 (2016-cı il yanvarın 13-də 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 176 sm (2016-cı il yanvarın 13-də 176 sm) təşkil edir.