Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 Yanvar 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunub. Belə ki, Şirvanda və Salyanda 2 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Kür çayının Surra məntəqəsində və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2016-cı il yanvarın 09-da 458 sm), Şirvanda 341 sm (2016-cı il yanvarın 09-da 353 sm), Salyanda 303 sm (2016-cı il yanvarın 09-da 307 sm), Bankədə 233 sm (2016-cı il yanvarın 09-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2016-cı il yanvarın 09-da 183 sm) təşkil edir.