Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
30 Dekabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-230, Kiçik Qafqazın çaylarında 140-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 46 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 2, Salyanda 3, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 491 sm (2015-ci il dekabrın 30-da 406 sm), Şirvanda 371 sm (2015-ci il dekabrın 30-da 287 sm), Salyanda 353 sm (2015-ci il dekabrın 30-da 268 sm), Bankədə 259 sm (2015-ci il dekabrın 30-da 204 sm), Araz çayının Novruzlu məntəqəsində isə 231 sm (2015-ci il dekabrın 30-da 145 sm) təşkil edir.