Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Dekabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 130-240, Lənkəran-Astara bölgəsi çaylarında isə  60-90  faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Dekabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 134 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 138 m3/s olmaqla ongünlük normanın 95  faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Dekabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 8, Bankədə 4 sm artım, Araz çayının Novruzlu məntəqəsində 5, Surrada isə 7 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 501 sm (2015-ci il dekabrın 23-də 440 sm), Şirvanda 382 sm (2015-ci il dekabrın 23-də 331 sm), Salyanda 357 sm (2015-ci il dekabrın 23-də 300 sm), Bankədə 261 sm (2015-ci il dekabrın 23-də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2015-ci il dekabrın 23-də 173 sm) təşkil edir.