Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Dekabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 150-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm artım, Bankədə 16 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 463 sm (2015-ci il dekabrın 16-da 440 sm), Salyanda 325 sm (2015-ci il dekabrın 16-da 277 sm), Bankədə 243 sm (2015-ci il dekabrın 16-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2015-ci il dekabrın 16-da 173 sm) təşkil edir.