Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 Dekabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 160-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 172 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 3, Bankədə 12 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 448 sm (2015-ci il dekabrın 09-da 449 sm), Salyanda 314 sm (2015-ci il dekabrın 09-da 267 sm), Bankədə 235 sm (2015-ci il dekabrın 09-da 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2015-ci il dekabrın 09-da 185 sm) təşkil edir.