Xəbərlər

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib

21 Noyabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 20 noyabr 2016-cı il tarixində Qusar rayonu ərazisində “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə reyd keçirilib.

Keçirilən reydlər zamanı Qusar rayonu Kuxuroba kəndi ətrafında 3 nəfər qanunsuz ov edən şəxs saxlanılıb. Onlardan 2 nəfərin ov silahı maddi sübut kimi götürülərək, barələrində akt və protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.  Sənəd təqdim etməyən digər təqsirkar şəxs barəsində isə şəxsiyyətinin müəyyən edilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə  Qusar Rayon Polis şöbəsinə müraciət olunub.