Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 Noyabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 173 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 106 faizini təşkil etmişdir.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma, Salyanda 10, Bankədə 6 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 518 (2015-ci il noyabrın 28-də 376 sm), Salyanda 345 (2015-ci il noyabrın 28-də 217 sm), Bankədə 262 (2015-ci il noyabrın 28-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 223 sm (2015-ci il noyabrın 28-də 100 sm) təşkil edir.