Hüseyn Bağırov “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi ilə tanış olub
18 Noyabr 2016, 00:00
18 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov “Baku Expo” Mərkəzində keçirilən “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin stendləri ilə tanış olub.
Nazir sərgidə iştirak edən qurum və şirkətlərin nümayəndələri ilə görüşüb, işlərin gedişi ilə maraqlanıb.
Qeyd edək ki, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan vermək məqsədilə təşkil olunan sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edib.
Xatırladaq ki, 16-18 noyabr tarixlərində Bakıda keçirilən Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunub.