Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov noyabr ayının 25-də İsmayıllı şəhərində vətəndaşlarla görüşəcək
17 Noyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 25 noyabr 2016-cı il tarixində saat 10:00-da ismayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri Heydər Əliyev prospekti 57) İsmayıllı, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 15) müraciət etmələri (əlaqə telefonları: 020-285-33-47, 050-411-00-18, 055-261-49-94) xahiş olunur.