Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 Noyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180-230, Kiçik Qafqazın çaylarında 240-350, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla ongünlük normanın 118 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 225 m3/s olmaqla ongünlük normanın 128 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 138 m3/s təşkil edərək ongünlük normanın 162 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Salyanda 10, Bankədə 8 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 462 (2015-ci il noyabrın 14-də 446 sm), Salyanda 360 (2015-ci il noyabrın 14-də 309 sm), Bankədə 245 (2015-ci il noyabrın 14-də 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 186 sm (2015-ci il noyabrın 14-də 179 sm) təşkil edir.